Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:54

Azərbaycan millisi 2 pillə gerilədi


Futbol

Bu gün, oktyabrın 24-də milli komandaların FIFA reytinqi açıqlanıb.

Azərbaycan millisi 111-ci pilləyə enib.

Nikola Yurçeviçin rəhbərlik etdiyi komandanın hesabında 1189 xal var. Yığma ötən ayla müqayisədə 2 pillə geriləyib.

Nəticədə milli ötən ay eyni xalla şərik olduğu Farer adaları və Tailandı önə buraxaraq, 111-ci sıraya enib.

Cədvəldə Belçika yığması yenə birincidir – 1755 xal. İkinci yerdə Fransa, üçüncü yerdə isə Braziliya qərarlaşıb.

Azərbaycanda da çoxsaylı azarkeşi olan Türkiyə yığması 32 yerdədir.

Azərbaycanın qonşularından Gürcüstan 90-cı, Ermənistan isə 99-cu yerdə qərarlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG