Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:46

AB ‘korrupsioner elitalar’ üçün qızıl vizaları ‘dayandırsın’


Malta Beynəlxalq Aeroportu
Malta Beynəlxalq Aeroportu

Bu yaxınlarda bir jurnalist araşdırması Kamboca rejiminin qohumları və müttəfiqlərinin xaricə onmilyonlarla dollar yatırdığını üzə çıxarıb. “EU Observer” portalında Tina Mlinaric yazır ki, bu qalmaqalın mərkəzində həmin şəxslərin neçəsinin Kiprdən AB pasportları alması, bununla Avropa Birliyinə, onun hüquqları və qorumalarına çıxış əldə etməsi dayanır.

“İnvestisiya proqramları vasitəsilə vətəndaşlıq və rezident hüququ, başqa sözlə, qızıl vizalar Avropanın şübhəli sərvətə qarşı müdafiəsində həmişə Axilles dabanı olub. Müharibə zonalarından qaçanlara giriş verilmədiyi halda, qlobal elitalar Avropaya girişi satın alır, özlərinin dəbdəbəli həyatlarını sürməyə davam edirlər”, – məqalədə deyilir.

Müəllifin fikrincə, AB-nin bu riskli sxemləri ləğv etməsinin, qızılı haşiyəli qapısını çirkli pulyumanın və korrupsiyanın üzünə bağlamasının vaxtı çatıb.

Kipr 3 mindən çox pasport satıb

Son on ildə AB-də qızıl viza mexanizmlərinin sayı artıb, bu sxemlər vasitəsilə xaricilərə əsaslı investisiya əvəzində sürətli vətəndaşlıq/yaxud yaşamaq hüququ verilir.

Ancaq bu məsələdə qaranlıq məqamlar var. Hətta Avropa Komissiyası son hesabatında qeyd edirdi ki, qızıl viza sxemləri çirkli pulyuma və terrorçuluğun maliyyələşdirilməsində “ciddi”– “çox ciddi” təhdid yaradır.

“Öz ölkəsində aktivlərinin müsadirəsindən, yaxud təqibdən yayınmağa çalışan kriminal və korrupsioner şəxslər üçün qızıl viza təhlükəsiz sığınacağa yatırım etmək, hüquq-mühafizə orqanlarından qaçmaq üçün cəlbedici fürsətdir, hətta belələri Avropada yeni müəssisələr də aça bilirlər”, – müəllif vurğulayır.

Kipr 2013-cü ildə bəri 3 mindən artıq əcnəbiyə pasport sataraq 6 milyard dollardan artıq vəsait cəlb edib.

2017-ci ildə Britaniyanın “The Guardian” qəzeti Kiprin investisiya vasitəsilə vətəndaşlıq proqramı üçün müraciət edənlərin adlarını sızdırmışdı. Siyahıda Rusiya, Ukrayna, Çin, Səudiyyə Ərəbistanı və İrandan zənginlərin adları vardı.

Dekabrın əvvəlində AB-nin maliyyə nazirləri birliyin çirkli pulyumaya qarşı prioritetlərini müzakirə etməyə yığışacaq. Müəllif bunun kriminal və korrupsionerlərin Avropa girdiyi qızıl darvazaları bağlaması üçün yaxşı bir fürsət olduğunu qeyd edir.

XS
SM
MD
LG