Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Trump Suriyanı Rusiyaya necə təhvil verdi – Qərb mediası


Suriyada evindən didərgin düşən kürd və ərəb ailələr
Suriyada evindən didərgin düşən kürd və ərəb ailələr

ABŞ Prezidenti Donald Trump dünən – oktyabrın 23-də Suriyada uğur qazanıldığını deyib, bunu seçki kampaniyasında vəd etdiyi kimi, Amerikanın “sonsuz müharibələr”də iştirakının dayandırılmasında həlledici məqam kimi qələmə verib. Ancaq bir sıra aparıcı media orqanlarını Suriyada baş verənləri ABŞ –ın böyük bir regionda nüfuz dairəsini rəqiblərinə ötürməsi kimi yozurlar. “The Associated Press” agentliyindən Aamer Madhani və Robert Burns son hadisələrin Yaxın Şərqdə qeyri-müəyyənliyin yeni mövsümünü başlada biləcəyini qeyd edirlər.

Təhlilçilərin və konqresmenlərin fikrincə, Suriyada geri çəkilmə ABŞ-ın başçılıq etdiyi qüvvələrin İslam Dövləti qruplaşmasına qarşı mübarizədə əldə etdiyi uğurları da geri ata bilər. Prezident həm də çoxdankı müttəfiqi kürdləri tərk etməsindən dolayı siyasi imicinə dəyən ziyanı bərpa etməli olacaq.

Regionda supergüc kimdir

Rusiya Prezidenti Vladimir Putin bu həftə türkiyəli həmkarı Recep Tayyip Erdogan-la anlaşma əldə etdi. Türkiyə Suriya sərhədi boyunca kürd qüvvələrə qarşı əməliyyatla ələ keçirdiyi ərazilərə nəzarət edəcək. Sərhəd regionunun qalan hissəsində isə Türkiyə, Rusiya və Suriya hökuməti qüvvələri keşik çəkəcək. Amerikanın keçmiş müttəfiqləri olan kürd döyüşçülər regionda kürdlərin muxtariyyətini saxlamaqdan ötrü Rusiya və Suriyaya göz dikib.

“İndi bircə sual ondan ibarətdir ki, Prezident Trump birbaşa Rusiya və Türkiyə liderlərinin göstərişi iləmi hərəkət edir, yoxsa bilərəkdən özünün uğursuzluqlarına göz yumur”, – Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvü Bob Menendez deyib.

Prezident isə ona skeptik yanaşanların dediklərini rədd edir.

“Bizim ordunun işi dünyanı qorumaq deyil. Digər ölkələr də irəli durub öz paylarını düşəni etməlidirlər. Bu baş verməyib. Bugünkü dönüş həmin istiqamətdə həlledici addımdır”, – Trump vurğulayıb.

“Birləşmiş Ştatlar Suriyadakı nüfuzunu və gücünü rusiyalılara, türklərə və iranlılara təhvil verdi. Məncə, indi uzunmüddətli yeganə məsələ o olacaq ki, artıq regionda supergüc Birləşmiş Ştatlar deyil, rusiyalılardır”, – Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin antiterror məsələləri üzrə eksperti Seth Jones belə deyir.

Putinə uduzmaq

Putinə uduzmaq. Türkiyə Prezidenti Erdogan Vaşinqtondan istədiyini necə aldı, ancaq Moskvadan istədiyinin hamısını qopara bilmədi. Bunu isə “Meduza” portalında Dmitry Kuznets yazır.

Müəllifin fikrincə, Erdogan mürəkkəb bir oyunu uduzsa da, sifətini saxlaya bilib. “Türkiyə Suriya kampaniyasının demək olar bütün hədəflərindən əl çəkməyə məcbur oldu, istədiklərinin yalnız beşdə birini əldə etdi. Erdogan kürd ərazisinin kiçik bir hissəsinə nəzarət qazandı... Türkiyə hətta Suriyanın şimal-şərq hissəsinin üçdə birinə nəzarət ehtimalını gözdən keçirirdi”, – məqalədə deyilir və Erdogan-ın uğursuzluğunun səbəbi onun müasir “hibrid müharibə”nin qaydalarını unutmasıyla izah olunur: Türkiyə işğalı gərəkən diplomatik və media taktikasıyla uzlaşdırmadı, üstəlik, pis müttəfiqlərlə müharibəyə getdi.

Sonucda, heç bir səy göstərmədən, Suriya hökuməti və Rusiya ölkə ərazisinin üçdə birinə nəzarəti ələ aldı. Bu ərazi kürd siyasətçiləri və onların amerikalı müttəfiqlərinin əlində idi. Amerika və Avropanın əsgərləri buradan çıxdı, Dəməşqlə Moskva illər boyu buna çalışırdı və Erdogan buna nail oldu.

XS
SM
MD
LG