Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:06

İranda azyaşlılar ‘edam olunur’


Javaid Rehman

Tehranda ölüm cəzasının tətbiqi davam edir, azyaşlılar da edam olunur. Bunu BMT-nin İranda insan haqlarını monitorinq edən eksperti oktyabrın 23-də BMT BAş Məclisinə təqdim etdiyi hesabatında deyir.

Javaid Rehman BMT-nin insan haqları komitəsində bildirib ki, ötən il İranda yeddi, bu il isə iki uşaq edam olunub. Baxmayaraq ki, ölüm cəzasının yaşı 18-dən az olanlara tətbiqi qadağandır.

Ekspertin bildirməsinə görə, hazırda cinayət törədərkən yaşı 18 tamam olmamış 90 nəfər ölüm cəzasının icrasını gözləyir. İyulun ortasınadək azı 173 edam həyata keçirilib, onlardan ikisi 17 yaşlı olub.

Ekspert İranda edam göstəricisinin azaldığını, ancaq yenə də “dünyada ən yüksək həddə qaldığını” vurğulayıb.

2017-ci ildə İranda 5707, 2018-ci ildə 253 nəfər edam olunmuşdu.

2017-ci ildə narkotik maddələrə qarşı qanunların təkmilləşdirilməsi də edamların azalmasında rol oynayıb. Rehman “görüləsi çox işin olduğunu” deyib.

Onun sözlərinə görə, ABŞ-ın sanksiyaları nəticəsində iqtisadi durumun pisləşməsi kimi narahatlıq yaradan “faktorlar” “iqtisadi və sosial hüquqların gerçəkləşməsindən ötrü ciddi fəsadlar” törədib.

ABŞ Prezidenti Donald Trump ötən il İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG