Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Putin Afrika liderlərini Soçiyə yığıb


Vladimir Putin Cənubi Afrikada, arxiv fotosu

Oktyabrın 23-də Afrikadan onlarla dövlət başçısı Rusiyanın Qara Dəniz sahilindəki Soçi kurortuna yığışıb. Moskva Afrikada nüfuzunu gücləndirməyə çalışır.

İkigünlük Rusiya-Afrika sammitini Prezident Vladimir Putin misirli həmkarı Abdel Fattah al-Sisi ilə birlikdə açacaq. Al-Sisi hazırda Afrika Birliyinin rəhbəridir.

Kreml Afrikanın 54 dövlət yaxud hökumət başçısından 43-nün tədbirdə iştirakını təsdiqlədiyini bildirib. Putin qitə liderləri ilə 13 ikitərəfli görüş planlaşdırıb.

Qərb ölkələri və Çin Afrikada çoxdan oturuşub. Rusiya və Hindistan kimi ölkələr də oraya daha çox diqqət artırmağa başlayıblar. Afrika innovasiya habı, əhali artımı, sürətlə artan istehlakçı bazarına görə getdikcə daha çox əhəmiyyət daşımağa başlayır.

Moskva sovet dönəmində Afrikada əsas oyunçu idi, amma 1991-ci ildə Sovet İttifaqı parçalanandan nüfuzu azaldı.

Bu arada Çin son 20 ildə Afrikaya milyardlar axıdıb, hətta insan haqları ilə bağlı durumu ziddiyyətli ölkələrdə belə layihələri maliyyələşdirib, yerli sərvətə çıxış əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG