Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 22:16

Abbas Lisaninin vəkili həbs olunub


Məhəmmədrza Fəqihiniya

İranda yaşayan, bir çox siyasi fəalların vəkili olmuş Məhəmmədrza Fəqihiniya həbs edilib. Bu haqda AzadlıqRadiosuna Almaniyada yaşayan hüquqşünas Nağı Mahmudi məlumat verib.

Hüquqşünas həmkarının saxlanma səbəbləri haqda yaxınlarına məlumat verilmədiyini bildirir:

«O, siyasi fəalları müdafiə etdiyi üçün dəfələrlə hədə-qorxulara məruz qalıb. Oktyabrın 21-də Ərdəbil şəhərinin prokuror müavini onu prokurorluğa çağırıb. Elə bu zaman tutulub. Hələlik, Fəqihiniyaya bəlli bir ittiham irəli sürülməyib. Amma Abbas Lisaninin vəkaləti ilə bağlı saxta bir ittiham irəli sürülməsini təxmin edirəm».

M.Fəqihiniya son 13 ildə milli fəal, hazırda həbs cəzası 16 ilə çatdırılmış A.Lisaninin də hüquqlarını müdafiə edib.

«Mən, həmkarım Musa Bərzin və Məhəmmədrza Fəqihiniya 2010-cu ildə neçə nəfər milli fəalın vəkili olmuşuq. O, eyni zamanda, Tehranda yerləşən Ali-idari məhkəməsində mənim vəkillik lisenziyamın ləğv edilməsi ilə bağlı şikayət etdiyim zaman vəkilim olub», – Mahmudi söyləyir.

İranda milli fəallar təqiblərə məruz qalır, onlar ya uzun müddətə həbs olunur və ya sürgün edilirlər. Beynəlxalq insan haqları təşkilatları buna görə İran hakimiyyətini tənqid etsələr də, Tehran deyilənləri təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG