Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:41

Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarıldı


H.Abutalıbov

Prezident İlham Əliyev bu gün, oktyabrın 21-də Baş nazirinin müavinləri Əli Həsənov Hacıbala Abutalıbovun vəzifədən azad edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

+++

Baş nazirin müavini Əli Həsənov işdən çıxması ilə bağlı müraciət edib. Bu barədə bu gün, oktyabrın 21-də prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev oktyabrın 21-də Ə.Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

Eyni zamanda, dövlət başçısı Baş nazirin başqa bir müavini Hacıbala Abutalıbovu da vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

+++

Hacıbala Abutalıbov 2000-ci ildən 2018-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin başçısı işləyib.

Əli Həsənov isə 1998-ci ildən ötən ilə kimi Qaçqınların və Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə rəhbərlik edib.

Baş nazirin müavini Ə.Həsənov bir neçə il öncə nəvəsinin avtomobil qəzası ilə gündəmə gəlmişdi. Onun nəvəsi, 24-yaşlı Nail Allahverdiyev törətdiyi yol qəzasıyla iki nəfərin ölümünə səbəb olmaqda suçlanırdı.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2017-ci il dekabrın 19-da N.Allahverdiyevə ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanmaqla 6 il həbs cəzası kəsmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də N.Allahverdiyevin həbsdə olduğu müddəti çıxmaqla, onun üzərində 4 il 3 günlük cəza saxlamışdı. Həmçinin, cəzaçəkmə rejimi də dəyişdirilib - onun ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar vermişdi.

Ali Məhkəmə isə N.Allahverdiyevi bu cəzadan da azad edib. O, Penitensiar Xidmətin 13 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsindən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG