Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:18

Livanda da küçə etirazları keçirilir


Prezident Michel Aoun (ortada) hökumətin iclasına sədrlik edir

Livanın Baş naziri Saad Hariri-nin oktyabrın 21-də iqtisadi islahatlar paketini təsdiqləyəcəyi gözlənir. Məqsəd ölkəni bürümüş, son illərin ən böyük etirazlarını yatırtmaqdır.

Bu arada etirazçılar Beyrutun mərkəzində küçələri bağlayır, etirazların beşinci gününə hazırlaşır.

Beyrut və digər şəhərlərdə etirazlar təklif olunan yeni vergilərə qarşı başlanıb. İnternetdə mesajlaşma xidmətlərinə təklif olunan vergi isə ötən həftə elan olunandan sonra ləğv edilib.

Nümayişçiləri siyasi rejimi pis idarəçilikdə, dövlət vəsaitindən sui-istifadədə, korrupsiyada ittiham edir.

Prezident Michel Aoun hökumətin iclasından qabaq tvitterdə yazıb ki, etirazlar “xalqın ağrısı”nı əks etdirir, ancaq “korrupsiya ittihamlarını hər kəsə qarşı ümumiləşdirmək böyük ədalətsizlikdir”.

Hökumətin iclasında iqtisadi islahatlar paketi müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG