Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:22

Çilidə fövqəladə vəziyyət elan olunub


Santyaqoda etirazlar

Çilidə qiymətlərin qalxmasına və sosial bərabərsizliyinə etirazlar üçüncü günə keçib.

Oktyabrın 20-də axşam paytaxt Santyaqo yaxınlığında geyim fabriki yandırılıb, beş nəfər ölüb. Bununla ölkədə ümumi iğtişaşlarda ölənlərin sayı yeddiyə çatıb.

Paytaxtda polis və ordu etirazçılara qarşı gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib. İctimai nəqliyyatın işi iflic olub, mağazalar bağlanıb.

Avtobuslara od vuran, metroda dağıntılar törədən etirazçılar bir neçə şəhərdə polislə toqquşublar.

Santyaqoda elan olunmuş fövqəladə vəziyyət digər şəhərlərə də aid edilib. Hakimiyyət beləliklə əhalinin hərəkət və sərbəst toplaşma azadlığını məhdudlaşdıra bilib.

Prezident Sebastian Pinera hərbçiləri küçələrə çıxarmaq qərarını müdafiə edib, eyib ki, demokratiyanın “onu dağıtmaq istəyənlərdən özünü qorumaq öhdəliyi var”.

1990-cı ildə Augusto Pinochet diktaturasına son qoyulandan bəri ilk dəfədir ölkədə hərbi vəziyyət yaranıb.

Etirazlar ilkin olaraq metroda gediş haqqının bahalanmasına qarşı başlanıb, sonradan yaşam xərclərinin yüksəkliyi, bərabərsizliyə qarşı yönəlib. Metroda gediş haqqında artım isə ləğv olunub.

Rəsmilər 1460-dan çox etirazçının saxlandığını deyirlər.

Çili adambaşına 20 min dollar gəlirlə Latın Amerikasında birinci yerdədir, inflyasiya 2 faizdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG