Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:50

ABŞ-da xristianların sayı sürətlə azalır


ABŞ-da kilsə, arxiv fotosu
ABŞ-da kilsə, arxiv fotosu

Birləşmiş Ştatların dini mənzərəsi sürətlə dəyişir. “Pew” tədqiqat mərkəzinin 2018-2019-cu illərdə telefonla keçirdiyi rəy sorğusu amerikalı yetkin yaşlıların 65 faizinin özünü xristian hesab etdiyini üzə çıxarıb. Bu, son on ilin göstəricisindən 10 faiz azdır.

Özünü dini baxımdan müstəqil sayan əhalinin sayı isə indi 26%-dir, 2009-cu ildə 17 faiz idi. Bu adamlar özlərini dini baxımdan ateist, laqeyd sayırlar, yaxud “konkret heç bir dinə” bağlı olmadıqlarını deyirlər.

ABŞ-da həm protestantların, həm də katoliklərin sayı azalır. Hazırda yetkin yaşlıların 43 faizi özünü protestant sayır, 2009-cu ildə onların sayı 51% idi. Hər beş yetkin yaşlıdan biri (20%) katolikdir, 2009-cu ildə isə bu göstərici 23 faiz idi.

Bu arada özünü dini baxımdan müstəqil sayanlar artır. 2009-cu ildə 2% özünə ateist deyirdisə, indi onlar 4%-ə yüksəlib. Yaxud dini məsələyə laqeyd yanaşanların sayı 10 il qabaq 3% olubsa, indi 5%-dir.

İndi amerikalıların 17 faizi “xüsusi bir dinə” etiqad göstərmədiyini deyir. 2009-da 12% belə deyirdi.

Qeyri-xristian din tərəfdarlarının da sayı artıb.

Bu sorğularda adətən belə bir sual da soruşurlar ki, “Toy və dəfnlərdən başqa dini ibadətə tez-tezmi gedirsiz? Həftədə bir dəfə, ya bir dəfədən artıq, ayda 1-2 dəfə, ildə bir neçə dəfə, nadir hallarda, yaxud heç vaxt?”

Bu sual da ABŞ-a dini tendensiyalara işıq salır. Belə ki, sorğu dini tədbirlərə qatılma dərəcəsinin də azaldığını üzə çıxarıb. Son 10 ildə ayda azı 1-2 dəfə dini tədbirlərə getdiyini deyənlərin sayı 7 faiz azalıb.

Respondentlərin 54 faizi deyib ki, dini ibadətə ildə bir neçə dəfə, ya daha da az gedir. 45% isə bunu ayda azı bir dəfə etdiyini söyləyib.

XS
SM
MD
LG