Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Türkiyənin Donald Trump üzərində qələbəsi


Mike Pence (sağda) Recep Tayyip Erdogan ilə görüşür, 17 oktyabr, 2019-cu il
Mike Pence (sağda) Recep Tayyip Erdogan ilə görüşür, 17 oktyabr, 2019-cu il

Türkiyə prezidenti Rusiya və İran kimi istədiyini aldı. “The New York Times” qəzeti redaksiya məqaləsində yazır ki, Prezident Donald Trump-ın Suriyadan min ABŞ əsgərini çıxarmaq qərarını verərkən köməkçiləri, ekspertləri, müttəfiqləri ilə məsləhətləşməyib, kürd müttəfiqlərinə də xəbərdarlıq etməyib. “Bu, prezidentin öz məsuliyyətini xroniki olaraq dəyərləndirə bilməməsinin yaratdığı təhlükəni bir daha sübut elədi”, – qəzet yazır.

Prezident Trump Türkiyəylə əldə olunmuş atəşkəs nəticəsində milyonlarla həyatın xilas olunacağını deyib. Məqalədə deyilir ki, öldürülən kürdlər, evindən didərgin düşmüş minlərlə adam, təcridxanalardan qaçmış İŞİD tərəfdarları, “qatil” Bashar al-Assad-a kömək üçün müraciət etmiş kürdlər prezidentin vecinə deyilmiş. O, çərşənbə günü deyirdi ki, “burası bizim sərhədimiz deyil”.

Virciniya ştatından demokrat senator Mark Warner qanun layihəsi hazırlayıb, Suriyada ABŞ qüvvələri ilə çiyin-çiyinə İŞİD-ə qarşı savaşmış kürdlər və tərcüməçilər üçün ABŞ-a viza verilməsini sürətləndirməyi təklif edir. Qəzet Konqresi bu layihəni qəbul etməyə çağırır.

Nümayəndələr Palatası qətnamə qəbul edərək Trump-ın Suriyadan hərbçiləri çıxarmasını pisləyib. Senat da öz qanun layihəsini hazırlayıb, ancaq hələlik, səsvermə təyin olunmayıb.

“Trump-ın Türkiyənin Suriyanı işğal etməsinə yaşıl işıq yandırmasına görə sərt tənqid etmiş Senator Lindsey Graham cümə axşamı mövqeyindən geri çəkilərək deyib ki, prezidentlə işləyəcək”, – yazan qəzet ziyanın ört-basdır edilməsinin Dövlət katibi Mike Pompeo və Vitse-prezidenti Mike Pence-nin üzərinə düşdüyünü qeyd edir. Pence beş saatlıq görüşdən sonra deyib ki, Prezident Recep Tayyip Erdogan beşgünlük atəşkəsə razılaşıb.

“Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu isə dərhal bildirdi ki, bu, atəşkəs deyil, sadəcə, əməliyyatda fasilədir. O əlavə edib ki, ‘istədiyimizi aldıq’. Rusiya və İran da belə etmişdi”, – məqalədə vurğulanır.

XS
SM
MD
LG