Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Ermənistan BMT-nin İnsan Haqları Şurasına seçilib


BMT-nin İnsan Haqları Şurasının Cenevrədə toplantısı, arxiv fotosu
BMT-nin İnsan Haqları Şurasının Cenevrədə toplantısı, arxiv fotosu

Ermənistan BMT-nin İnsan Haqları Şurasının 14 yeni üzvündən biridir. O, 193 ölkədən 144-nün səsini qazanıb.

47 üzvü olan şura Şərqi Avropa Regionu üçün iki yeni yer ayırıb, oktyabrın 17-də gizli səsvermədə Ermənistan və Polşa həmin yerləri əldə edib. Moldova səsvermədən keçməyib.

“Bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük inamının göstəricisidir, özəlliklə də insan haqları sahəsində”, – Ermənistanın Baş naziri Nikol Pashinian Facebook səhifəsində yazıb.

Asiya-Sakit okean regionu üçün nəzərdə tutulmuş dörd yeri isə İndoneziya, Yaponiya, Marşal Adaları və Cənubi Koreya tutub, İraq kənarda qalıb.

Afrika üçün yerləri Liviya, Mavritaniya, Namibiya və Sudan qazanıb, Almaniya və Niderland isə öz regionları üçün saxlanmış iki yeri əldə edib.

Latın Amerikası və Karib hövzəsi üzrə yerləri Venesuela və Braziliya tutub.

Venesuelanın namizədliyini Qərbdə tənqid edirdilər, Prezident Nicolas Maduro hökuməti insan haqları pozuntularında ittiham olunur.

Sosialist prezidentin hakimiyyətini saxlamaqdan ötrü işgəncə, məhkəmədən kənar qətllər və qorxutmaya əl atdığı bildirilir. Bu arada hökumətə qarşı kütləvi etirazlar davam edir.

Oktyabrın 15-də Human Rights Watch (HRW) insan haqları təşkilatı şura üzvlərini Venesuelanın üzvlüyünə qarşı səs verməyə çağırmışdı.

“Venesuelanın insan haqlarını pozan hökuməti üzvlüyün minimum standartlarına uyğun gəlmir”, – qurum bildirib.

Şuranın son 14 üzvü 2020-22-ci illərdə fəaliyyət göstərəcək.

Cenevrədə mənzillənən bu şura BMT sistemi daxilində beynəlxalq qurumdur, dünyada insna haqlarının qorunması və təbliğinə cavabdehdir.

Qurumun xüsusi hallar üzrə faktaraşdırıcı missiya başlatmaq, təhqiqat komissiyası yaratmaq səlahiyyəti var.

Azərbaycan hazırda bu qurumda müşahidəçi statusundadır. Azərbaycan 2006-2009-cu ilədək qurumun üzvü, 2008-2009-cu illərdə isə vitse-prezidenti olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG