Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:01

Seçki qutularını açan məmurlar nədən xəstələnib


Priştina, 13 oktyabr, 2019-cu il

Kosovoda Serbiyadan gəlmiş seçki qutularını açan seçki məmurlarının səhhətində problem yaranıb. Ancaq Kosovonun infeksion xəstəliklər üzrə mütəxəssisləri bunun yoluxucu olmadığını deyirlər.

Oktyabrın 6-da Kosovoda növbədənkənar parlament seçkisi keçirilmişdi.

Mərkəzi Seçki Komissiyasının 20-dən artıq məmuru Serbiyadan gələn beş qutunu açandan sonra səhhətlərində problemlər yaranıb və xəstəxanaya yerləşdiriliblər.

Yerli media onlarda allergik reaksiyanın, dəri problemlərinin yarandığını bildirib. Təcili yardım həkimləri hamısında qaşınma və qızartı əlamətləri olduğunu deyib.

“Yoluxucu deyil”

Ancaq xəstələrdən 12-dən götürülmüş analizlər qaşınmanın yoluxucu xəstəlikdən yaranmadığını göstərib. Bunu oktyabrın 15-də Kosovo İnfeksion Klinikasının direktoru vəzifəsini icra edən Lindita Berisha deyib.

“Nəticələr yoluxucu xəstəlik ehtimalını çıxdaş edir”, – o söyləyib. Qızartıların səbəbinə gəlincə, Berisha deyib ki, yalnız öz sahəsi – yoluxucu xəstəliklərlə bağlı danışa bilər.

Kosovo Dövlət Səhiyyə İnstitutunun rəhbəri Naser Ramadani isə məsələnin mütəxəssislər tərəfindən araşdırıldığını söyləyib.

Səhiyyə rəsmiləri xəstələrin hamısının özünü yaxşı hiss etdiyini, ertəsi gün xəstəxanadan buraxılacağını deyib.

Seçkidə Albin Kurti-nin Öz Müqəddəratını Təyinetmə Hərəkatı (Vetevendosje) sağ-mərkəzçi siyasi qrupları məğlub edib. Sonuncuları keçmiş Kosovo Azadlıq Ordusu (KAO) döyüşçüləri yaradıb və 2007-ci ildən hakimiyyətdə idilər.

Serbiyanın keçmiş vilayəti olan Kosovo 2008-ci ildə müstəqillik əldə edib. Bundan on il öncə KAO döyüşçüləri qiyam qaldırmış, Serbiya lideri Slobodan Milosevic isə 1998-99-cu illərdə qanlı müharibə aparmışdı.

Kosovonun müstəqilliyini 100-dən artıq ölkə tanısa da Serbiya bundan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG