Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:08

‘Şagirdi öpdüyünə’ görə 17 il yarım həbs


Tacikistanda məktəb

Tacikistanda 58 yaşlı bir müəllim 12 yaşlı şagirdinə cinsi təcavüzə görə 17 il yarım həbsə məhkum edilib. Ancaq müəllimin qohumları ittihamı rədd edir, onun şagirdini yalnız öpdüyünü deyir.

Baş Prokurorluq təmsilçiləri oktyabrın 14-də AzadAvropa/AzadlıqRadiosu-na deyiblər ki, Mirzokhon Aliev oktyabrın 3-də məhkum edilib. Rəsmilərin bildirməsinə görə, insident ölkənin cənubundakı Norak şəhərində baş verib, ancaq məhkəmə qonşu Yovon rayonunda keçirilib. Məqsəd qurbanın kimliyini gizli saxlamaq olub.

Rəsmilər bundan artıq açıqlama verməyib.

Aliev-in uşaqları radioya atalarının günahsız olduğunu deyiblər. Onların sözlərinə görə, atalarına cinayət işi o, apreldə şahmat çempionatında iştirak edəndən sonra açılıb. Onun turnirin qalibi olan qızı təbrik etmək üçün onu öpdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG