Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:34

Kürdlər Assad-la necə bir saziş əldə edib


Hökumət əsgərləri Tall Tamr şəhərinə girir
Hökumət əsgərləri Tall Tamr şəhərinə girir

“Avropa Birliyi Türkiyənin bütöv regionda sabitlik və təhlükəsizliyə ciddi zərbə vuran hərbi əməliyyatını pisləyir”, – 28 üzvü olan blok xarici işlər nazirlərinin Luksemburqda keçirilən toplantısından sonra birgə bəyanatda bildirib.

Ancaq AB Türkiyəyə silah embarqosu tətbiq etməyib. İndiyədək Fransa və Almaniya Ankaraya silah satışını qadağan edib.

***

Suriyanın kürd liderləri deyirlər ki, Prezident Bashar al-Assad-la Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşma indilik Suriya hərbçilərinin sərhədə yerləşdirilməsini əhatələyir, tərəflər siyasəti sonra müzakirə edəcəklər.

Aparıcı kürd siyasətçi Aldar Xelil deyib ki, Assad-ın əsas müttəfiqi Rusiyanın nəzarəti altında “fövqəladə addım”ın məqsədi Suriyanın şimal-şərqində Türkiyənin əməliyyatının qarşısını almaqdır.

Birləşmiş Ştatlar oktyabrın 13-də bildirib ki, sözügedən ərazidən min hərbçisini çıxarır.

Türkiyə əməliyyata bir həftə öncə başlayıb. Əməliyyatdan qabaq ABŞ Prezidenti Donald Trump Suriyanın şimalında iki postdan qüvvələrini çəkməyə qərar verib. Amerika əsgərləri illərdi orada idi.

Türkiyə Suriyanın şimal-şərqini “terrorçular” adlandırdığı kürd YPG qruplaşmasından təmizləmək istədiyini bildirir.

YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş sazişə görə, Suriya əsgərləri Menbicdən Derikə qədər sərhəd zonasına girməlidir.

“Amerikalılar regiondan çıxaraq Türkiyənin hücumuna yaşıl işıq yandırandan sonra biz başqa variant axtarmalı olduq. Bu variant çıxış yolu tapmaq üçün Dəməşq və Moskvayla danışıqlar aparmaq, Türkiyənin hücumlarını önləmək idi”, – kürdlərin aparıcı rəsmisi Badran Jia Kurd deyib.

“Bu, ilkin hərbi razılaşmadır. Siyasi aspektlər müzakirə olunmayıb, daha sonra müzakirə ediləcək”, – o, sözlərinə əlavə edib.

Suriya dövlət mediasının bildirməsinə görə, ordu oktyabrın 14-də şimal-şərqdəki Tall Tamr şəhərinə girib. Burası Türkiyənin əməliyyat keçirdiyi ərazinin 35 kilometrliyidir.

“İndi prioritet sərhədin təhlükəsizliyini Türkiyədən qorumaqdır. Gələcəkdə ümumi məxrəcə gəlmək üçün Dəməşq hökumətilə ilə əlaqə saxlayırıq”, – Xelil deyib.

BMT Türkiyənin hücumu nəticəsində 130 mindən çox adamın evindən didərgin düşdüyünü bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG