Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:32

Sərhədçiyə xəsarət yetirilib


Sərhəd

Oktyabrın 12-də Azərbaycanla İran sərhədində insident baş verib.

Bu barədə bu gün, oktyabrın 14-də Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 12-də DSX-nın Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub: ​«Sərhəd zastavası «Silaha» komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılmaqla sərhəd pozucusu təqib edilib, ərazidə axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanıb. Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərib, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib».

DSX bildirir ki, hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilib, onun vəziyyəti qənaətbəxşdir: ​«Hadisə yerinə baxış zamanı 1 bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub. Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub».

Hadisə ilə əlaqədar cinayət işi başlandığı, zəruri əməliyyat-istintaq hərəkətlərinin həyata keçirildiyi bildirilir.

Amma bu açıqlamaya, hələlik, E.Yadigarovun və ya onun yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG