Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:27

Azərbaycanın qolu hesaba alınmayıb


Futbol

Oktyabrın 13-də 2020-ci ildə gerçəkləşəcək futbol üzrə Avropa Çempionatına seçmə mərhələsində C, E, G və I qruplarında növbəti oyunlar keçirilib. Ümumilikdə 9 qarşılaşma baş tutub. Azərbaycan yığması E qrupunda Macarıstan millisinə 1:0 hesabı ilə məğlub olub.

Bununla da, Azərbaycanın təmsil olduğu qrupda sonuncu yeri tutacağı dəqiqləşib.

Amma oyunun son dəqiqələrində mübahisəli vəziyyət yaranıb. Azərbaycan qol vursa da, hakim topun futbolçunun qoluna təmas etdiyini vurğulayaraq onu hesaba almayıb.

Amma oyundan sonra Azərbaycan yığmasının baş məşqçisi qolun təmiz olduğunu, hakimin yanlışlığa yol verdiyini söyləyib.

Rusiya və Polşa da Avro-2020-yə vəsiqə qazanıb

Rusiya və Polşa isə gələn il keçiriləcək futbol üzrə Avropa çempionatında yerini təmin edib. Ötən həftə Belçika və İtaliya da final oyunlarına vəsiqəni təmin etmişdilər.

Oktyabrın 13-də I qrupunda keçirilən Rusiya-Kipr oyununda birincilər rəqibin qapısından 5 cavabsız top keçiriblər.

G qrupunda isə Polşa Şimali Makedoniyaya 2-0 hesabıyla qalib gəlib.

Almaniya və Niderland da gələn il iyunun 12-də başlanacaq çempionata çıxmaq şanslarını artırıb.

C qrupu:

Belarus - Niderland - 1:2

Estoniya - Almaniya - 0:3

E qrupu:

Macarıstan – Azərbaycan - 1:0

Uels - Xorvatiya - 1:1

G qrupu:

Polşa - Şimali Makedoniya - 2:0

Sloveniya - Avstriya - 0:1

I qrupu:

Qazaxıstan - Belçika - 0:2

Kipr - Rusiya - 0:5

Şotlandiya – San-Marino - 6:0

Günün bütün mövzuları

XS
SM
MD
LG