Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 18:56

'Quran'ı tərcümə edən akademik ölüb


V.Məmmədəliyev

Akademik Vasim Məmmədəliyev dünən, oktyabrın 13-də axşam saatlarında vəfat edib. Bu barədə AzadlıqRadiosuna onun yaxınları bildiriblər.

V.Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub.

1964-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsini bitirib.

V.Məmmədəliyev 2007-ci ildə Milli Elmlər Akademiyasının akademiki seçilib.

O, 20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir və əsərləri 15-dən artıq ölkədə nəşr edilib.

V.Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə «Qurani Kərim»i ilk dəfə Azərbaycan dilinə tərcümə edib və həmin nəşr müxtəlif illərdə 10 dəfədən çox çap edilib.

Akademik «Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları», «Bəsrə qrammatika məktəbi», «Kufə qrammatika məktəbi», «Ərəb dilçiliyi» adlı əsərlərin müəllifidir.

V.Məmmədəliyev Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, Qafqaz Müsəlmanlari İdarəsi Elmi-Dini Şurasının sədri idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG