Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

DTX terrorçularla əlaqədə şübhəliləri saxladığını bildirir


DTX

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkələrdə qanunsuz hərbi birliklərin tərkibində döyüşməkdə şübhəli sayılan bəzi Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə DTX-nın oktyabrın 11-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, saxlanan şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə axtarışda olublar.

«Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib», - məlumatda yazılıb.

1982-ci il təvəllüdlü R.Abbasovun ölkə vətəndaşlığından çıxarıldığı qeyd edilir. Onların Suriya, Əfqanıstan və Pakistanda olduqları vurğulanır.

Amma, hələlik, bu açıqlamaya sözügedən şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG