Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 20:27

Pensiyaçıların 57 faizi qadınlardır


Artım pensiyaçıları qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Artım pensiyaçıları qane edirmi?

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir.

Bu barədə bu gün, oktyabrın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirlik qeyd edir ki, hazırda ölkədə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir: «Onlardan 57 faizi (763260 nəfər) qadınlar, 43 faizi (587420 nəfər) kişilərdir. O cümlədən, yaşa görə pensiyaçıların 492315 nəfərini qadınlar və 262497 nəfərini kişilər təşkil edir.

Nazirlik bildirir ki, 375005 şəxs əlilliyə görə pensiya alır. Onların da 172308 nəfəri qadınlar və 202697 nəfəri kişilərdir. «Ailə başçısını itirməyə görə pensiya alanların 98637 nəfərini qadınlar və 122226 nəfərini kişilər təşkil edir», - nazirlik bildirir.

Amma bəzi ekspertlər pensiyaçıların sayı ilə bağlı rəqəmə şübhə ilə yanaşırlar. Bu il iyulun 1-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 291.3 min nəfər pensiyaçının qeydiyyatda olduğu açıqlanmışdı.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

Son bir ildə Azərbaycanda əksinə, pensiyaçıların sayının azaldığı vurğulanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG