Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

İlham Əliyev Türkmənistana gedib


İ.Əliyev

Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, Aşqabad beynəlxalq hava limanında prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və başqa yüksəkvəzifəli şəxslər qarşılayıblar.

Oktyabrın 11-də keçiriləcək iclasda qurum daxili bir sıra əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənir.

Xatırlatma

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar. Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.

Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG