Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:40

Navalny-nin fonduna xaricdən ödəniş bloklanmış hesaba köçürülüb


Ivan Zhdanov
Ivan Zhdanov

Müxalif siyasətçi Aleksei Navalny-nin Antikorrupsiya Fondunun (FBK) direktoru fonda İspaniyadan ödəniş olunduğunu təsdiqləyib, ancaq pulun bloklanmış hesaba köçürüldüyünü deyib.

Ivan Zhdanov oktyabrın 10-da Dozhd telekanalına deyib ki, İspaniya şirkətindən 140 min rublluq ianə “provokasiya” kimi görünür və real ianə olmayıb.

“Oxşar şeylər əvvəllər də baş verib; biz ödənişləri asanlıqla qaytarmışıq, ancaq bloklanmış hesaba transferi izləmək çətindir, hətta çalışsaydıq belə, onu geri qaytarmaq mümkün deyil. Məncə, bu, provokasiyaya bənzəyir”, – Zhdanov vurğulayıb.

Bir gün öncə Rusiyanın Ədliyyə Nazirliyi FBK-ni “xarici agent” elan edib. Navalny isə bu bəyanatı rədd edərək deyib ki, Rusiya hakimiyyəti fonddan onların korrupsiyasını ifşa etdiyinə görə qorxur.

“Ağıllı kiçik sxem düşünüblər”

Zhdanov deyib ki, FBK ödənişləri ancaq rublla və əsasən də Yandex.Money ödəniş sistemi vasitəsilə alıb. Onun fikrincə, İspaniyadan göndərilmiş ianənin məqsədi də FBK-ya tələ qurmaq olub ki, hakimiyyət ona xarici agent damğası vursun.

Bu təyinat o deməkdir ki, Antikorrupsiya Fonduna xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarına tətbiq olunan tələblər irəli sürüləcək. Yəni, qurum hökumət reyestrinə salınmaq üçün müraciət etməli, maliyyə mənbələri, məqsədləri, pulu necə xərcləmələri, menecerlərinin kimliyi haqda daimi hesabatlar verməlidir.

“Onlar ağıllı kiçik sxem düşünüblər: rubl hesabı olan xarici təşkilat. Xarici valyuta hesabı olsaydı, buna nail olmazdılar”, – Zhdanov deyib.

Ədliyyə Nazirliyinin sənədində İspaniyadakı donorun adı Roberto Fabio Monda Cardenas kimi göstərilib. Ancaq Cardenas-dan açıqlama almaq mümkün olmayıb.

Navalny deyib ki, FBK “bircə penni” də xarici pul almayıb və Ədliyyə Nazirliyini ortaya dəlil qoymağa çağırıb.

Aleksei Navalny
Aleksei Navalny

Floridadan ianəni kim göndərib

Ədliyyə Nazirliyi Star-Doors.com LLC adlı Amerika şirkətindən də fonda ianə köçürüldüyünü bildirir. Ancaq Zhdanov deyir ki, FBK Star-Doors.com adlı şirkətin yerləşdiyi Floridadan hansısa ödəniş olduğunu aşkarlamayıb.

Antikorrupsiya Fondu 2011-ci ildə tanınmış müxalifət lideri Aleksei Navalny tərəfindən təsis olunub. O, Rusiya siyasətinin yuxarı eşalonlarında korrupsiyanı ifşa edir.

Fondun araşdırmaları ictimaiyyətin kəskin reaksiyasını doğurub. Məsələn, 2017-ci ildə Baş nazir Dmitry Medvedev-in sərvəti haqda araşdırma Rusiyada kütləvi etirazlara səbəb olub.

Navalny bu yaxınlarda 30 sutka həbs cəzası çəkib. Onun Moskva Dumasına seçkilərə müstəqil namizədlərin buraxılmamasına etirazları təşkil etdiyi iddia olunub. Seçkiyə buraxılmayan 30 namizəddən beşi Antikorrupsiya Fondunun əməkdaşları, yaxud ona bağlı şəxslər idi.

Fond avqustda bütün hesablarının bloklandığını açıqladı. İstintaq Komitəsinin bunun çirkli pulyuma istintaqı çərçivəsində həyata keçirildiyini bildirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG