Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Xadimə qadını küçədə avtomobil vurub


Foto illüstrasiya

Bu gün, oktyabrın 10-da səhər aeroport yolunda, Olimpiya Stadionunun yaxınlığında avtomobilin təmizlik işləri aparan bir qadını vurduğu bildirilir. Qadın Sabunçu rayon 3 saylı xəstəxanaya aparılıb.

«Turan» agentliyinin xəbərinə görə, həmin xəstəxanadan deyiblər ki, qadın ora gətiriləndə vəfat edib. «Artıq cəsəd morqa təhvil verilib», - xəstəxanadan bildiriblər.

Səhiyyə Nazirliyindən də verilən məlumata görə, qadın xəstəxanaya gətirilərkən yolda vəfat edib.

Qafqazinfo saytının məlumatına görə, Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan qadını yolu süpürərkən avtomobil vurub.

Amma bu məlumatı, hələlik, Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsindən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

Son illər Azərbaycanda yerli mətbuatda yaşlı qadınların küçə süpürərkən avtomobillə vurulmasına aid məlumatlara tez-tez rast gəlmək olur. Belə hallar sosial şəbəkələrdə də qızğın müzakirə edilir.

Bəzi sosial şəbəkə istifadəçiləri yazırlar ki, böyük neft pullarının gəldiyi bir ölkədə yaşlı qadınların küçə süpürməsi yaxşı hal deyil. Üstəlik, onların fikrincə, avtomobillərin sıx hərəkət etdiyi yerlərdə təmizlik işləri sırf texnika ilə aparılmalı və təhlükəsizlik qaydalarına tam əməl edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG