Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 10:57

Bakı Moskvanın təklifini nəzərdən keçirir


P.Şahbazov

Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: «Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir».

Bu günlər, Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyanın (Rosatom) baş direktoru Aleksey Lixaçyov jurnalistlərə açıqlamasında bildirmişdi ki, ölkəsi Azərbaycanda AES tikməyi təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG