Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:54

Bloqerin psixiatrik klinikaya salınmasını pisləyirlər


Nafosat Olloshukurova
Nafosat Olloshukurova

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Özbəkistanı hakimiyyəti tənqid edən bloqeri psixiatrik mərkəzdən buraxmağa çağırıb.

Ölkənin qərbində yerləşən Xorəzm vilayətində məhkəmə sentyabrın 30-da Nafosat Olloshukurova-nın regional psixiatrik klinikaya salınması barədə qərar çıxarıb. O zaman bloqer 10 günlük administrativ həbs cəzası çəkirdi.

Özbəkistan hakimiyyəti “jurnalistlərin hamısının azad şəkildə informasiya ötürməsinə icazə verməlidir”, – CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Gulnoza Said oktyabrın 8-də bəyanatında deyib.

“Özbəkistan dünyanın onun islahatlara ciddi yanaşdığına inanmasını istəyirsə, jurnalistlərin psixiatrik palataya salınması kimi totalitar təcrübəyə əl atmamalıdır”, – Said əlavə edib.

Yürüş keçirən jurnalist də saxlanıb

Bloqerin Shabnam Olloshkurova adıyla açdığı Facebook səhifəsinin 4 mindən çox izləyicisi var. O, səhifəsində hakimiyyətə qarşı korrupsiya iddialarını, qanunsuz söküntüləri işıqlandırır. Bunu CPJ və xəbər orqanları bildirir.

Sentyabrın 23-də Urgenc Şəhər Administrativ Məhkəməsi Olloshukurova-nı 10 günlük həbsə məhkum edib. Onun xırda xuliqanlığa yol verdiyi, icazəsiz toplantılara qatıldığı bildirilib.

Üç gün sonra prokurorlar iddia ediblər ki, Ollashukurova-nın “psixi pozuntusu” var və məhkəmədən onu psixiatrik klinikaya yerləşdirməyi xahiş edib.

Anası Holjon Davletova CPJ-yə deyib ki, qızı həbs olunandan onu görməyib, əlaqə saxlaya bilməyib. O, hakimiyyəti onun ailəsini qısnamaqda ittiham edib, deyib ki, onlardan “ədalətsizliyə qarşı danışmamağı tələb edirlər”.

Məlumatlara görə, Ollashukurova saxlananda jurnalist və şair Mahmud Rajabov-un paytaxt Daşkəndə yürüşünü çəkirmiş. Rajabov hakimiyyətdən ona qarşı cinayət işinin ləğvini tələb edir. O da yürüşün təşkilinə görə 10 gün həbs cəzası alıb.

CPJ bildirir ki, Prezident Shavkat Mirziyoev üç il öncə, sələfi Islam Karimov-un ölümündən sonra hakimiyyətə gələndən “sosial və iqtisadi islahatları tədricən həyata keçirir”.

Mətbuat azadlığına gəlincə, Nyu Yorkda mənzillənən qurum hökumətin jurnalistləri azadlığa buraxdığını, bir neçə müstəqil xəbər vebsaytının blokunu qaldırdığını vurğulayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG