Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:17

Özbək casuslar dissidentlərə necə hücum edirlər


Haker
Haker

Özbəkistan kəşfiyyatçıları fəallara və dissidentlərə kiber hücumlarda kommersiya baxımından əlçatan casusluq alətlərinə əl atıblar. Bunu Moskvada mənzillənən Kaspersky kibertəhlükəsizlik firması sentyabrın 3-də açıqladığı hesabatında bildirir.

“Reuters” agentliyi yazır ki, bu tədqiqat hökumətlərin fəallar, jurnalistlər, siyasi rəqibləri üzərində casusluq üçün xaricdən necə təkmil haker alətləri aldığını üzə çıxarır.

Kaspersky-nin tədqiqatçısı Brian Bartholomew bildirir ki, hücumların arxasında Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin 02616 saylı şöbəsi dayanıb.

Hücumlar barədə bilgili iki şəxsin deməsinə görə, xidmətin hədəfləri sırasında Fergana News, Eltuz, Centre1 Palestine Chronicle media orqanları olub. Bu orqanlar Özbəkistan hökumətindən yazır.

Bartholomew deyir ki, o, fəaliyyətin haradan gerçəkləşdiyini hakerlərin buraxdığı səhvlərə əsasən müəyyənləşdirib. Bəzən hücumlar Kaspersky-nin antivirus proqramlarının olduğu kompüterlərdə sınaqdan çıxarılıb.

Araşdırılan kiberhücumlardan birinin əlaqəli olduğu domenin O.T. Khodzhakbarov adlı şəxsə məxsusluğu üzə çıxıb. Onun təşkilatının adı isə “Hərbi hissə 02616”dır.

Özbəkistanda ictimaiyyətə açıq reyestrlər “Hərbi hissə 02616”nın dövlət qurumu olduğunu göstərir. Omonillakhon Tulkunovich Khodzhakbarov adlı şəxs isə təhlükəsizlik xidmətinin zabitidir, 2005-ci ildə prezident tərəfindən hərbi xidmətə görə təltif olunub.

Agentlik təhlükəsizlik xidmətinə Özbəkistanın Xarici İşlər Nazirliyi, Londondakı Özbəkistan səfirliyi vasitəsilə ünvanlandığı suallara cavab ala bilməyib. Khodzhakbarov-dan, eləcə də Özbəkistanın prezident administrasiyasından şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG