Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:30

Boris Johnson daha bir ‘qiyam’ ərəfəsində


Boris Johnson Dauninq Strit-dən çıxır, arxiv fotosu
Boris Johnson Dauninq Strit-dən çıxır, arxiv fotosu

Britaniyanın Baş naziri Boris Johnson hökumətdə daha bir qiyam ərəfəsindədir, bir qrup nazirin istefa verəcəyi gözlənir. “Reuters” agentliyi “The Times” qəzetinə istinadla yazır ki, gözlənən istefaya səbəb baş nazirin ölkəni AB-dən sazişsiz çıxmağa doğru aparması sarıdan əndişələrlə bağlıdır.

“The Times” yazır ki, Mədəniyyət naziri Nicky Morgan, Şimali İrlandiya üzrə nazir Julian Smith, Ədliyyə naziri Robert Buckland, Səhiyyə naziri Matt Hancock və Baş prokuror Geoffrey Cox-un “istefa verəcəyi gözlənənlər”in siyahısındadır.

Hökumətin adı çəkilməyən rəsmisi qəzetə deyib ki, məsələ sazişsiz Breksitə gedib çıxsa, parlamentin Mühafizəkarladan “xeyli sayda” üzvü istefa verəcək.

Qəzetin yazmasına görə, nazirlər kabinetin iclasında Johnson-a xəbərdarlıq ediblər ki, Şimali İrlandiyaya birbaşa idarəçiliyin qayıtmasının “ağır” riskləri olan bilər.

“Financial Times” isə oktyabrın 9-da yazır ki, sazişsiz Breksit vəd edən ümumi seçki manifestinə qarşı Mühafizəkarlar partiyasının parlamentdə azı 50 üzvünün qarşı çıxacağı gözlənir.

Partiyadan bəzi deputatlar daha yumşaq fərdi Breksit platforması irəli sürməyi, yaxud bu partiyanın namizədi kimi geri çəkilməyi nəzərdən keçirirlər.

Bu arada Avropa Birliyi Britaniyanı Breksitlə bağlı “səfeh günah oyunu” oynamaqda suçlayıb. Bundan öncə Dauninq Stritdən bir mənbə “Reuters”ə deyib ki, saziş əslində mümkün deyil, çünki Almaniyanın Kansleri Angela Merkel qəbuledilməz tələblər irəli sürüb.

Böyük Britaniyanın AB-dən rəsmən ayrılmasına 3 həftədən bir az çox qalır, ancaq Breksitin taleyi qeyri-müəyyəndir. Həm London, həm də Brüssel Breksitin yubanması, yaxud sazişsiz baş verməsi üçün günahlandırılmamaqdan ötrü yaxalarını kənara çəkməyə çalışırlar.

XS
SM
MD
LG