Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 09:49

Honq Konq başçısı Çin ordusunun mümkün müdaxiləsindən danışır


Hong Kong, 5 oktyabr, 2019-cu il

Honq Konq lideri xəbərdarlıq edir ki, şəhərdə vəziyyət “pisləşərsə”, Çin ordusu müdaxilə edə bilər. Carrie Lam bu gün – oktyabrın 8-də danışıb.

Çinə aid yarımmuxtar şəhərdə demokratiya tələbi ilə etirazlar artıq dördüncü aya keçib.

Lam xarici tənqidçilərə müraciətlə deyib ki, zorakılıqla müşayiət olunan etirazların artıq “demokratiya uğrunda dinc hərəkat” olmadığını qəbul etsinlər.

Onun sözlərimə görə, Honq Konqun konstitusiyasında Çinin müdaxiləsini istəmək nəzərdə tutulub, ancaq bunu hansı şəraitdə istəyə biləcəyini açıqlamayıb.

İyunda başlanan etirazlarda nümayişçilər ilkin olaraq ekstradisiya qanununa qarşı çıxırdılar. Sonradan onlar daha geniş azadlıqlar tələb etməyə başladılar.

İğtişaşlar turizmin azalmasına səbəb olub, şirkətlərə ziyan vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG