Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:28

Baş nazirdən təhsil xərcləri ilə bağlı qərar


Kasıb ailənin oğlu instituta girib: Həm sevinirlər, həm də xərcləri düşünürlər
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Kasıb ailənin oğlu instituta girib: Həm sevinirlər, həm də xərcləri düşünürlər

Nazirlər Kabineti oktyabrın 3-də «Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında» Qərarına dəyişiklik edib. Bu vaxta qədər mövcud qərar 2010-cu ildə imzalanmışdı.

Qərarla sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyən edilib.

Məsələn, bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisaslarında hər bir təhsilalana düşən təhsil xərci 1320 manatdan 1850 manata qaldırılıb.

Azərbaycan dili və ədəbiyyatı, dil və ədəbiyyat (dillər üzrə), xarici dil (dillər üzrə), riyaziyyat və informatika və başqa bir çox ixtisaslar üzrə təhsil xərci də 1320 manatdan 1710 manata yüksəldilib.

Filologiya (dil və ədəbiyyat göstərilməklə), fəlsəfə, tərcümə (dillər üzrə), jurnalistika və kitabşünaslıq ixtisasları üzrə təhsil xərci də 1620 manatdan 2100 manata çatdırılıb.

Müalicə işi və hərbi həkim işi üzrə təhsil xərci 5400 manat müəyyən edilib. Tibbi profilaktika, əczaçılıq, stomatologiya fakültələrində təhsil alanlara düşən xərc isə 4800 manat olacaq. Sadalanan ixtisaslar üzrə də hər bir təhsilalana düşən xərcin yüksəldildiyi bildirilir.

K.Əsədov
K.Əsədov

Ekspert: «Universitetlər məcbur olub…»

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov bildirir ki, təhsil xərclərin artması heç də gələcəkdə təhsil haqqının artması demək deyil. Ekspertin sözlərinə görə, ilk dəfədir ki, Nazirlər Kabineti hər ixtisas üçün detallı şəkildə lazım olan xərclərin miqdarını açıqlayır: «Həmin rəqəmlər bir tələbənin təhsil alması üçün il ərzində tələb olunan qiymətdir. Bura müəllimlərin əməkhaqqı (saat üzrə), laboratoriya və s. xərcləri daxildir».

K.Əsədov hesab edir ki, real xərclərin məbləğinin açıqlanması növbəti ildən etibarən bir çox ixtisaslar üzrə təhsil haqlarının endirilməsi ilə müşahidə olunacaq: «Dövlət bir nəfər üçün xərcini 1300-1500 manat civarında müəyyənləşdiribsə, universitet qiymətləri bu rəqəmdən maksimum 200 manat qaldıra bilər. Amma bu gün bir çox universitetlərdə təhsil haqları 2800-2900 manatdır. Amma, universitetə planlaşdırılandan az tələbə qəbul olubsa, ali təhsil ocağı qiymətləri bir az qaldırmağa məcburdur ki, zərərə düşməsin. Lakin bu yenə də indiki təhsil haqları qədər olmamalıdır. Bir sözlə, Nazirlər Kabineti real xərcləri açıqlayandan sonra xərcləri çox olması səbəbindən Tibb Universiteti xaric, digər universitetlər təhsil haqlarını endirməyə məcbur qalacaq».

Xatırlatma

Azərbaycanda ali təhsil həm ödənişli, həm də dövlət hesabına aparılır. 2018-ci ilin sonuna olan məlumata görə, ölkədəki ali təhsil müəssisələrində yerlərin yalnız təqribən 30 faizə qədəri dövlət hesabınadır. Dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərc təsdiq edilmiş təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsini həmin ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu qurum ödəməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG