Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Honq Konqda maskaları qadağan edirlər


Honq Konqda etirazçılar

Honq Konq hakimiyyəti fövqəladə qanun qəbul edərək etirazçıların maska geyinməsini yasaqlayıb. Artıq dörd aydır Çinə aid bu şəhərdə hökumətə qarşı nümayişlər keçirilir.

Şəhər başçısı Carrie Lam oktyabrın 4-də deyib ki, bu addımın hədəfi ictimai asayişə “təhlükə” yarandığı bir dönəmdə “sülhə qayıdışdır”.

İyunda etirazlar ilkin olaraq ekstradisiya qanununa qarşı başlandı. Sonradan qanun layihəsi ləğv olundu, ancaq nümayişçilərin tələbləri daha da genişləndi.

Yeni qayda Honq Konq parlamentində oktyabrın ortasınadək təsdiqlənməlidir, ancaq artıq oktyabrın 4-də gecəyarısından qüvvəyə minir.

Bir çox etirazçılar kimliklərini işəgötürənlərdən gizlətməkdən ötrü maska taxırlar. Onlar ehtiyatlanırlar ki, hakimiyyət şirkətlərdən onların küçə etirazlarında iştiraka görə cəzalandırılmasını istəyər.

Qaydanı pozanları bir ilədək cərimə və 25 min Honq Konq dolları (3 min 200 ABŞ dolları) cərimə gözləyir.

İndiyədək etirazlarda 1750-dən çox etirazçı saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG