Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Karel Gott vəfat edib


Karel Gott

Çexiyalı müğənni Karel Gott 80 yaşına vəfat edib. O, bir neçə həftə öncə kəskin leykemiyadan müalicə aldığını deyirdi.

Həyat yoldaşı onun oktyabrın 1-də gecə vəfat etdiyini açıqlayıb.

1960-cı illərdə şöhrət qazanmış müğənninin bütün dünyada 50 milyondan çox albomu satılıb.

“Şərqin Sinatrası”, “Praqanın qızıl səsi” adlandırılan Gott onlarla mükafat qazanıb, dünyanın bir çox nüfuzlu səhnələrində çıxış edib.

Peşəsi elektrik olan Gott müğənniliyə 1950-ci illərdə başlayıb, hərdənbir klublarda, kafelərdə oxuyurdu. Praqa konservatoriyasında opera üzrə təhsil alandan sonra 1963-cü ildə Praqanın avanqard Semafor teatrında işə başlayır. Elə həmin il o, Çexoslovakiyanın “Çexiya Bülbülü” (Český slavík) mükafatını alır. O, sözügedən mükafata 41 dəfə, sonuncu dəfə 2017-ci ildə layiq görülüb.

O, köhnə rus romanslarını, sovet mahnılarını oxumağı sevirdi. 2013-cü ilin sonunda Rusiyada “Birinci kanalda Yeni il gecəsi” proqramında çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG