Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:12

Qırğız vəkil BMT-nin mükafatını alıb


Azizbek Ashurov

Minlərlə vətəndaşlığı olmayanın vətəndaşlıq almasına kömək etmiş qırğızıstanlı vəkil Nansen Qaçqın Mükafatına layiq görülüb. Açıqlamanı BMT-nin Qaçqın Agentliyi (UNHCR) oktyabrın 2-də yayıb.

Azizbek Ashurov 150 min dollarlıq BMT mükafatının qalibidir.

İyulda Qırğızıstan dövlətsizliyə son qoyan ilk ölkəyə çevrilib.

Sovet dönəmində daxili sərhədlər olmadığından adamlar Orta Asiyada daxili sənədlərlə yerdəyişmələr ediblər. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra “bir çoxları yeni sərhədlər daxilində qaldı, əllərindəki etibarsız sovet pasportları ilə onlar harada doğulduqlarını sübut edə bilmirdilər”, – UNCHR bəyanatında bildirib.

Agentliyin məlumatına görə, dünyada milyonlarla adamın vətəndaşlığı yoxdur. Bu, siyasi və iqtisadi təcridə səbəb olur, adamlar istismara məruz qalır.

Ashurov və onun Sərhədsiz Fərqanə Vadisi Vəkilləri təşkilatı köçkün, vətəndaşlığı olmayan, sənədsiz adamlara pulsuz hüquqi yardım göstərib. Ümumilikdə təşkilat 10 mindən çox adamın Qırğızıstan vətəndaşlığı almasına yardımçı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG