Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:59

İran-Azərbaycan sərhədində ölənlər var


Azərbaycan-İran sərhədi

Oktyabrın 1-dən 2-nə keçən gecə İran-Azərbaycan sərhədində atışma olduğu açıqlanıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda yazılıb ki, saat 00:13 radələrində «Horadiz» sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.

DSX qeyd edir ki, «dayan» əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Qurumdan bildirildiyinə görə, lakin sərhəd pozucuları əmrə tabe olmayıb və sərhəd naryadına odlu silahdan atəş açılıb: «...1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR (İran İslam Respublikası) istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstəriblər.... Sərhəd naryadları tərəfindən silah tətbiq olunmuş və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat etmişlər».

DSK vurğulayır ki, əraziyə baxış zamanı qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.

Hələlik, həlak olan şəxslərin kimliyi, vətəndaşlığı açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG