Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:24

Qazaxda təxribatın qarşısı alınıb-DSX


Sərhəd

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, dünən, oktyabrın 1-i saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqelərindən Azərbaycan ərazisinə doğru təxribat-diversiya qruplarının hərəkəti aşkarlanıb. DSX bunun qarşısının alındığını vurğulayır.

«Həmin tarixdə sərhəd məntəqələrimiz Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub...», - açıqlamada qeyd edilib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttində bəzən silahların işə salındığı bildirilir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG