Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Şimali Koreyanın ballistik raket atdığı bildirilir


Arxiv fotosu

Oktyabrın 2-də Şimali Koreya şərq sahilindən azı bir raket atıb. Yaponiya raketin Eksklüziv İqtisadi Zonaya çatdığını bildirir. Cənubi Koreya raketin sualtı qayıqdan atılması ehtimalını irəli sürüb.

Yaponiya iki raket saydığını, Şimali Koreyanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bildirir.

Bu, iyundan bəri doqquzuncu raket buraxılışıdır. İyunda ABŞ Prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong Un-la görüşmüş, onların nüvə silahlarının tərksilahı üzrə işçi danışıqlara yenidən başlayacağı vurğulanmışdı.

Pxenyanın nüvə və raket proqramlarından əl çəkməyini hədəfləyən danışıqlar fevraldan bəri irəliləməyib. O zaman Trump Kim-lə Vyetnamda görüşmüşdü.

Cənubi Koreya bildirir ki, aşkarladığı bir raket 450 km qət edib, 910 km yüksəkliyə qalxıb. Bu da həmin raketin ballistik olmasınını mümkünlüyünü göstərir.

Bir gün öncə Pxenyan Vaşinqtonla danışıqların bərpa olunduğunu açıqlamışdı.

Şimali Koreya təkcə avqustda beş raket buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG