Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 16:07

Honq Konqda tələbələr oturaq etiraz keçirir


Honq Konqda etiraz

Oktyabrın 2-də Honq Konqda yüzlərlə tələbə oturaq aksiya keçirib. Onlar bir gün öncə 18 yaşlı bir tələbəyə polisin atəş açmasına etiraz edirlər. Etiraz həmin tələbənin oxuduğu məktəb qarşısında gerçəkləşib.

Etirazçı Tsang Chi-kin sabit durumdadır, xəstəxanadan belə deyiblər.

Hadisə Honq Konqda “ən zorakı və xaotik günlərdən” birində baş verib, şəhərin polis rəisi BBC-yə deyib.

Dünən – oktyabrın 1-də hökumətə qarşı çıxan etirazçılar qaz bombaları və mərmilərlə silahlanaraq şəhərin müxtəlif yerlərində polislə toqquşublar.

Ümumilikdə 15 nəfər xəstəxanaya aparılıb, 180 nəfər həbs olunub. Polis rəisi Stephen Lo-nun sözlərinə görə, 25 polis əməkdaşı yaralanıb.

Zorakılıqlar Çində Kommunist Partiyasının 70 illiyini münasibətilə keçirilən tədbirlər, paradla üst-üstə düşüb.

Məktəb qarşısına yığışan tələbələr “qiyamçılara yox, yalnız tiranlıq” qışqırıblar.

Tsang basketbolçudur, onun Honq Konqda azadlıqların daralmasından məyus olduğu bildirilir.

Honq Konqda etirazçılar təxminən dörd aydır nümayişlərə çıxır, Çinin şəhər üzərindəki nüfuzunun azaldılmasını tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG