Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:05

Qubernator islam dininə qarşı dediklərinə görə cəzalandırılıb


Arxiv fotosu
Arxiv fotosu

Özbəkistanda bir region qubernatoru islam diniylə bağlı səsləndirdiyi fikirlərə görə vəzifəsindən üç ay müddətinə kənarlaşdırılıb. O deyib ki, müsəlman qadınların baş örtüyü və bir çox kişilərin saxladığı saqqal İslam ekstremizmini yayır.

Ölkənin şərqində yerləşən Fərqanə vilayətinin qubernatoru Shuhrat Ghaniev-ə töhmət sentyabrın 30-da Senatın iclasında verilib.

AzadlıqRadiosu (RFE/RL) qubernatorun Fərqanə vilayətində hicab və saqqal barədə dediklərinin səsyazısını əldə edib.

Səsyazısında nə deyir

Senat üzvü olan Ghaniev rayon başçılarına qəzəblə xəbərdarlıq edir ki, qadınların ənənəvi islam geyiminə qətiyyən dözümlü yanaşmır.

“Bunu yadda saxlayın, əziz qubernatorlar: Rəsmi görüşlərinizdə belə geyimli qadın görsəm, – mənə dəxli yoxdur, o, məhəllə başçısıdır, müəllimdir, bizneslə məşğul olur, fəaldır, yaxud deputatdır, – onun hicabını çıxarıb sizin ağzınıza soxacağam”, – o deyir.

Ghaniev səsyazısında kişilərin “iyrənc saqqalı”ndan da danışır, görüşə qatılanları isə “axmaq” adlandırır.

Sonradan qubernator sözlərinə görə üzr istəyib.

Bu keçmiş sovet respublikasında məktəblərdə və idarələrdə hicaba qadağa var. 1998-ci ildə qəbul olunmuş qanun ictimaiyyət arasında yalnız din xadimlərinin dini geyimdə olmasına icazə verir.

Son vaxtlar rəsmilərin saqqallı kişiləri hədəfə alması haqda məlumatlar gəlir. Məmurlar bunu radikal islamla mübarizə kimi təqdim edirlər.

Fərqanə regionunda 3,6 milyon nəfər yaşayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG