Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Əfqanıstanda azı 11 polis əməkdaşı öldürülüb


Əfqanıstan, arxiv fotosu

Əfqanıstanın şimalındakı Bəlx vilayətində Taliban polis qərargahına hücum edib, azı 11 polis əməkdaşı öldürülüb.

Vilayət valisinin sözçüsü Munir Ahmad Farhad deyib ki, 400-dən artıq talibançıdan ibarət motosiklet karvanı Şor Təpə qəsəbəsində polis məntəqəsinə hücum edib. Bu hücumdan sonra başlanan atışma hələ də davam edir.

“11 polis əməkdaşı öldürülüb, Taliban da ağır itkilər verib”, – Farhad vurğulayıb.

O, Şor Təpəyə əlavə qüvvələr göndərildiyini söyləyib.

Şor Təpə qəsəbəsinin basçışı Karim Khan-ın sözlərinə görə, Taliban 13 polis əməkdaşını ələ keçirib və qərargaha od vuraraq oranı tərk edib.

Talibanın sözçüsü Zabihullah Mujahid yaraqlıları qəsəbəni viran qoyduğunu deyib.

Bəlx vilayət şurasının başçısı Muhammad Afzel Hadid ölü sayının arta biləcəyini söyləyib.

Taliban ötən şənbə günü keçirilən prezident seçkisində də hücumları davam etdirib. Ancaq rəsmilər Əfqanıstanın təhlükəsizlik qüvvələrini qruplaşmanın seçki zamanı irimiqyaslı hücumlarını önləməsini alqışlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG