Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:18

Kalmıkiya etirazçıları: 'Putinə xidmət edən cinayətkar bizə lazım deyil'


Dmitry Trapeznikov, arxiv fotosu
Dmitry Trapeznikov, arxiv fotosu

Rusiyada Elista şəhərinin yüzlərlə sakini oktyabrın 1-də yenidən şəhərin mərkəzindəki Lenin meydanına gələrək yeni mitinqin keçiriləcəyini elan edib.

Currenttime yazır ki, onlar bu mitinqdə Dmitry Trapeznikovun şəhər meri təyin edilməsinə etiraz edəcəklərini bildiriblər.

Ötən il Ukraynada rusiyayönlü separatçı Aleksandr Zakharchenko öldürüldükdən sonra, Trapeznikov qısa müddətdə qondarma Donetsk Xalq Respublikasına (DXR) rəhbərlik edib.

Sosial şəbəkələrdə oktyabrın 1-də keçirilən aksiya “Elista üçün dua mərasimi” adlanırdı.

Fəallardan Badna Burchiyev deyib:

"Biz tələb etmişdik ki, oktyabrın 1-dək Trapeznikov vəzifəsindən çıxarılsın. Səsimizi eşitmədilər. Odur ki, buz bugün dua edirik. Bundan sonra rəsmi mitinqin keçirilməsinə icazə istəyəcəyik. Əminəm ki, icazə verilmiş aksiyaya daha çox insan çıxacaq və müxalifət də bizə qoşulacaq”.

Trapeznikov sentyabrın 26-da Elsita deputatlarının yığıncağında şəhər icra hakimiyyəti başçısının əvəzi vəzifəsinə təyin edilib.

Onun bu vəzifəyə namizədliyini Kalmıkiyanın rəhbəri Batu Khasikov vermişdi.

Khasikovun özü muxtar vilayətə 2019-cu ilin martında Vladimir Putinin fərmanı ilə başçı təyin olunub.

Rusiya mediasının yazdığına görə, Trapeznikovun namizədliyinin arxasında Putinin müşaviri Vladislav Surkov dayanır.

Trapeznikovun Elista meri təyin edilməsindən sonra şəhərdə etiraz aksiyası keçirilib.

O vaxt kalmık xalqı qurultayının sədri Valery Badmayev demişdi:

"Biz hesab edirik ki, Putinə xidmət edən DXR adlı qondarma qurumdan olan cinayətkar bizə lazım deyil. Biz internetdən öyrənmişik ki, o maliyyə maxinasiyaları ilə məşğul olub. Bundan başqa o bizim şəhərimizi və respublikamızı qətiyyən tanımır və bizə heç cür bağlı deyil”.

Rusiyanın müxalif Yabloko partiyasının Kalmıkiya şöbəsinin rəhbəri Batyr Boromangnayev deyib ki, kalmıkların milli heysiyyətinə toxunulub:

"Əgər bizə haqqında məlumatımız olan kimi isə yerlilərdən təyin etsəydilər, vəziyyət başqa olardı. Bizə isə sanki biz papuaslarıq kimi bu oğlanı gətirib təyin edirlər və deyirlər ki, bu, sizin başçısınız olacaq. Əlbəttə bu hiddət doğurur. Üstəlik də bizdə olan mıəlumata görə bu Trapeznikovun arvadı tikinti biznesi ilə məşğul olur. Aydındır ki, indi bizim şəhərdəki tikintini ona verəcəklər, Trapeznikovu təyin edən isə burdan payını götürüəcək. Bu Rusiyada formalaşmış sxemdir. Bu sxem bizdə də işləyir”.

Elistanın mərkəzində etiraz aksiyası
Elistanın mərkəzində etiraz aksiyası

Kalmıklar kimdir?

Kalmıkiya (Xalqmq Tanqç) - Rusiya Federasiyası subyektlərindən biridir. Paytaxtı Elista şəhəridir. Kalmıkiya Avropada buddizmin ən çox ibadət edildiyi yerdir.

Kalmıkya Rusiya Federasiyasının tərkibində 4 noyabr 1920-ci ildə muxtar vilayət kimi formalaşmış, 20 oktyabr 1935-ci ildə isə muxtar respublikaya çevrilmişdir.

1943-cü ildə muxtar respublika ləğv edilmiş, 1957-ci ildə isə bərpa edilmişdir. 1990-cı ilin oktyabr ayından Kalmıkya Respublika formasında fəaliyyət göstərir.

Respublikanın yerli əhalisi kalmıklar, qazaxlar, ukraynalılar, beloruslar, tatarlar və sairdir.

Kalmuklar və ya Kalmıklar (Kalmukca: Xalmqud) Qərbi Monqol tayfalarına aid olan oyratların XVIII əsrdə Cunqariyadan Xəzər dənizinin qərbinə köç etmiş bir qoludur.

Bu gün daha çox Rusiya Federasiyasının Kalmıkiya Respublikasında yaşayırlar.

***

Rusiyanın cənub-qərbindəki Kalmıkiya regionunda yüzlərlə adam şəhər merliyinə yeni təyinata etiraz olaraq küçələrə çıxıblar. Sentyabrın 29-da onlar Ukraynanın şərqində Kremlin dəstəklədiyi separatçıların keçmiş liderinin merin vəzifəsini icra etməsinə etiraz ediblər.

Şəhər şurasının rəhbəri Nikolai Orzayev etirazçıların qarşısına çıxıb, Dmitry Trapeznikov-un təyinatını müdafiə edib. Ancaq etirazçılar qəzəblə onun nitqini yarımçıq kəsiblər, ərazidən getməyə məcbur olub.

Etirazçılar Trapeznikov-un oktyabrın 1-dək vəzifədən kənarlaşdırılmasını tələb ediblər, şəhər administrasiyasının binası qarşısında piket təyin ediblər. Onlar “Bu bizim şəhərimizdir” sözləri yazılmış plakat qaldırıblar.

Elista şəhər şurası sentyabrın 26-da Trapeznikov-u mer vəzifəsini icra etməyə təyin edib.

Trapeznikov Ukraynanın Donetsk regionunda doğulub, 2014-cü ildən orada Rusiyanın dəstəklədiyi separatçıların liderlərindən olub.

2018-ci ildə Donetskdə separatçıların lideri Aleksandr Zakharchenko öldürüləndə Trapeznikov qısa müddətə tanınmamış Donetsk Xalq Respublikasının başçısı vəzifəsini icra edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG