Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:10

Ustinov barəsində hökm dəyişdirildi


Pavel Ustinov (solda) və vəkil Anatoly Kucherena məhkəmədə

Moskva Şəhər Məhkəməsi aktyor Pavel Ustinov-un 3 il yarımlıq həbs cəzasını birillik şərti cəzayla əvəzləyib.

Məhkəmənin sentyabrın 30-da çıxardığı qərarla aktyor üçün iki il sınaq müddəti də təyin olunur.

Ustinov və vəkili tam bəraət istəyirdi, öncəki hökmün ədalətsiz olduğunu bildirirdi. Aktyorun müdafiə komandası sentyabrın 30-da bildirib ki, tam bəraət üçün mübarizəni davam etdirəcəklər.

***

Sentyabrın 30-da Moskva Şəhər Məhkəməsi aktyor Pavel Ustinov-un şikayətinə baxacaq. Aktyor avqustda etiraz yürüşündə hüquq-mühafizə əməkdaşına hücumda təqsirli bilinərək 3 il yarım həbsə məhkum edilib. Özü isə həmin yürüşdə iştirak etmədiyini deyir.

Ötən həftə keçirilən prosesdə prokurorlar Ustinov-un cəzasının “çox sərt” olduğunu, “onun cəmiyyətdən təcrid olunmadan da islah oluna biləcəyini” deyiblər.

“Mən təqsirsizəm və üzr istəməyim üçün heç bir səbəb yoxdur”, – Ustinov sentyabrın 26-da keçirilən prosesdə bildirib.

23 yaşlı aktyor vaxtilə Milli Qvardiyada işləyib. O, sentyabrın 16-da 3 avqust yürüşü zamanı polisi təhqir etməkdə, Milli Qvardiya üzvünə fiziki hücumda təqsirli bilinib.

Ustinov 27 iyul aksiyası zamanı saxlanmış 1400-dən artıq etirazçının arasında idi. İcazəsiz aksiyaya çıxanlar seçki orqanlarının 8 sentyabrı seçkisinə müstəqil və müxalifət namizədlərini qeydiyyata almamasına qarşı çıxırdı.

Ustinov isə yürüşə qatılmadığını, kənarda dayandığını deyir. Onun saxlandığı anın videosu da dediklərini təsdiqləyir.

Ustinov sentyabrın 20-də Moskvadan çıxmamaq şərtilə həbsdən buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG