Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:13

Gürcüstanda qadın deputat hakim partiyadan həmkarını sillələyib


Eka Beselia
Eka Beselia

Gürcüstan parlamentinin hüquqi məsələlər komitəsinin iclasında qarışıqlıq yaranıb, qadın deputat həmkarının təhqiramiz saydığı sözlərinə görə onu sillələyib.

Eka Beselia deyir ki, Vano Zardiashvili 26 sentyabr iclası zamanı onun əxlaqı barədə şərh verincə məsələni özü həll etmək qərarına gəlib. Yanvarda xanım deputatın şəxsi həyatına dair özünün xəbəri olmadan çəkilmiş videosu yayılmışdı.


“Nə vaxt buna bənzər nəsə desə...”

Beselia Gürcüstanın əsasən kişilərin nəzarətində olan siyasətində azsaylı qadın deputatlardandır. O, insidentdən dərhal sonra jurnalistlərə deyib ki, hərəkətlərinə görə “heç kəsdən üzr istəmək” fikri yoxdur. Deputat əlavə edib ki, hakim Gürcü Arzusu partiyası və onun milyarder lideri Bidzina Ivanishvili Zardiashvili-nin qəsdən törətdiyi “provokasiya” üçün məsuliyyət daşıyır.

“Heç kəsin keçməsinə icazə verməyəcəyim bir xətt var… Nə vaxt buna bənzər nəsə desə, eyni cavabı alacaq”, – partiyanın keçmiş üzvü olan Beselia söyləyib.

“O, layiq olduğunu aldı”, – deputat qadın sözlərinə əlavə edib.

Zardiashvili isə Beselia-nın ittihamını mübahisələndirib, deyib ki, “mənim əxlaqım Beselia-nınkı kimi deyil” deyəndə məqsədi həmkarını təhqir etmək olmayıb.

“Xanım Eka Beselia-ya gəlincə, onu təhqir etməmişəm. O, daim özünü siyasi prosesdə bərqərar etməyə çalışır”, – deputat söyləyib.

Vaxtilə Gürcü Arzusu-nun aparıcı üzvü olan Beselia yazda 10-dan artıq həmkarıyla birlikdə partiyanı tərk elədi. Səbəb onun parlament komitəsinin sədri vəzifəsindən kənarlaşdırılması idi.

Beselia partiyanın onun videolarının çəkilişini və internetdə yayılmasını təşkil etməkdə suçlayıb.

Bir qrup fəal sentyabrın 27-də Beselia-ya dəstək ifadə etməkdən ötrü parlament binası qarşısında piket planlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG