Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 10:03

RBK: Rusiya internet trafikin filtrasiyasını sınaqdan keçirir


Tatarıstanda Runetə etiraz aksiyası
Tatarıstanda Runetə etiraz aksiyası

Rusiyanın “Roskomnadzor” təşkilatı internet-trafikin filtrasiyası avadanlığını sınaqda keçirir. Yeni sistemlər qadağan olunmuş saytlardan resursları, eləcə də Telegram mesencerini bloklamağa imkan verəcək. Bu haqda Rusiyanın “RBK” portalı mənbələrə istinadla yazır. Avadanlığın Ural federal dairəsində sınaqdan keçirildiyi xəbər verilir.

Sınaq işlərini isə “Verilənlər – emal və avtomatlaşdırma mərkəzi” şirkəti həyata keçirir. Şirkətə Nokia-nın keçmiş rəhbəri, rabitə nazirinin keçmiş müavini Rashid İsmailov başçılıq edir.

Bu şirkət məhz Rusiyada şəbəkə operatorlarında trafik filtrasiyası sistemini (Deep Packet Inspection; DPI) gerçəkləşdirməkdən ötrü yaradılıb.

RBK bildirir ki, sistemlər artıq Yekaterinburqda, Maqnitoqorskda, Tümendə, Çelyabinskdə və regionunun bir sıra digər şəhərlərində internet xidmətləri provayderlərində quraşdırılıb. Hələlik, trafikin filtrasiyası sutkaboyu həyata keçirilmir.

RBK yada salır ki, əgər hakimiyyət Runetə hədə aşkarlayarsa, yeni avadanlıq internetin Rusiya seqmentini dünyanın qalan hissəsindən təcrid etməyə imkan verəcək.

Roskomnadzor təmsilçisi məsələni şərh etməyib.

Roskomnadzor rəhbəri Alexander Jarov sentyabrın 24-də deyirdi ki, avadanlığın sınağına sentyabrın sonunda – oktyabrın əvvəlində başlanacaq. “Hazırda əsas operatorların şəbəkələrində avadanlığın quraşdırılması gedir”, – o söyləmişdi.

Duma suveren Runet qanununu yazda qəbul edib. Qanun noyabrdan işə düşməlidir. Layihə müəllifləri israr edirdilər ki, məqsəd heç də internetin Rusiya seqmentini dünya şəbəkəsindən ayırmaq deyil, kənardan kiminsə onu açacağı halda, Runetin fasiləsiz işini təmin etməkdir. Tənqidçilərin fikrincə, bu qanun Runetdə total senzuraya yol açacaq.

XS
SM
MD
LG