Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:44

Balkonlarda siqaret çəkmək yasaqlanır – Rusiyada


Arxiv fotosu

Oktyabrın 1-dən Rusiyada balkonlarda siqaret çəkmək qadağan olunur.

TASS və “Interfax” xəbər agentlikləri Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinə istinadla yazırlar ki, uyğun dəyişikliklər yanğın əleyhinə qaydalara salınıb.

Sənədə görə, balkonlarda və mənzillərin lociyalarında, yataqxana mənzillərində və mehmanxanalarda açıq alovdan istifadə qadağan olunur. Vətəndaşlara belə məkanlarda kabab çəkməyə, şam yandırmağa da icazə verilmir.

Qayda pozuntularına görə fiziki şəxslər üç min rubladək cərimələnə bilərlər.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, balkonlardan başlanan yanğınların 60 faizinə siqaret çəkmək səbəb olur.

XS
SM
MD
LG