Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

Rusiyalı jurnalist 7 il həbsə məhkum edilə bilər


Svetlana Prokopieva (ortada) Pskovda məhkəmədə
Svetlana Prokopieva (ortada) Pskovda məhkəmədə

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Rusiya hakimiyyətini jurnalist Svetlana Prokopyeva-ya qarşı cinayət işini bağlamağa çağırıb. Jurnalist ötən il radioda yayınlanmış bir şərhə görə təqib olunur.

Bir neçə aylıq təhqiqatdan sonra ötən həftə Prokopyeva-ya “terrorçuluğu əsaslandırma” ittihamı irəli sürülüb və o, təqsirli bilinərsə, 7 il həbs cəzasına məhkum oluna bilər. RSF sentyabrın 25-də bu haqda bəyanat yayıb.

Pskov şəhərindən yaşayan jurnalist AzadlıqRadiosu-nun rus xidməti ilə əməkdaşlıq edirdi. RSF onun “məhkəmə nəzarətinə alındığını, pasportunun müsadirə olunduğunu, bank hesablarının bağlandığını, təqsirsizlik prezumpsiyası pozularaq ‘terrorçular’ın rəsmi siyahısına salındığını” bildirir.

Prokopyeva “sadəcə jurnalist kimi işini görüb və müstəntiqlərin onu bu cür təqib etməsini görmək qorxuncdur”, – RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün başçısı Johann Bihr deyib.

İttihamların niyyəti

“Bu absurd ittihamın niyyəti Rusiyanın bütün media orqanlarını qorxutmaqdır”, – Bihr sözlərinə əlavə edib.

Rusiyanın və beynəlxalq hüquq müdafiəçiləri Prokopyeva-ya qarşı cinayət işindən narahatlıq bildirib, onun mətbuat azadlığını məhdudlaşdırdığını vurğulayıblar.

Azad Avropa/AzadlıqRadiosu-nun (RFE/RL) Prezidenti Jamie Fly tvitində yazıb ki, “Prokopyeva yalnız öz fikirlərini ifadə etdiyinə görə cinayət təqibinə məruz qalır”.

“Ona qarşı ittihamlarda məqsəd müstəqil jurnalistlərə mesaj verməkdir”, – o, sözlərinə əlavə edib.

2018-ci ilin noyabrında “Exo Moskvı” radiosunun Pskov bölümü üçün şərhində Prokopyeva Arxangelsk şəhərində bir həftə öncə törədilmiş partlayışı müzakirə edib.

Sözügedən insident zamanı 17 yaşlı bir oğlan Rusiya Təhlükəsizlik Xidmətinin yerli qərargahı qarşısında əldəqayırma partlayıcı partlatmışdı. Əməkdaşlardan üçü yaralanmışdı.

Onda Rusiya mediası yazırdı ki, insident zamanı həlak olmuş şübhəli intiharçı sosial media bəyanatlarında FSB-ni cinayət işlərini quraşdırmaqda ittiham edib.

Prokopyeva isə şərhində yeniyetmənin bəyanatlarını Prezident Vladimir Putinin hakimiyyəti altındakı siyasi mühitlə əlaqələndirib, ölkədə siyasi fəallığın kəskin məhdudlaşdırıldığını, bunun xalqı məyus etdiyini deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG