Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 10:12

Jacques Chirac vəfat edib


Jacques Chirac, 2006-cı il

Fransanın iki müddətə prezidenti olmuş Jacques Chirac 86 yaşında dünyasını dəyişib. O, Fransanın Holokostda rolunu etiraf edən ilk lider olmuş, 2003-cü ildə ABŞ-ın İraqı işğalına qarşı çıxmışdı.

Kürəkəni Frederic Salat-Baroux deyib ki, Chirac sentyabrın 26-da “sevdiklərinin əhatəsində” dünyasını dəyişib. O, ölümün səbəbi açıqlamayıb.

Chirac Fransa siyasətində mühafizəkar sağ təmayülün təmsilçisi idi. Qətiyyət və ambisiyasına görə karyerasının ilk dövründə “Buldozer” ləqəbini almışdı. O, 1974-76 və 1986-88-ci illərdə baş nazir, 1977-1995-ci illərdə doğma şəhəri Parisin meri olub.

Prezident toxunulmazlığını itirəndən sonra ona Parisin meri olduğu dönəmdə mənimsənə və dövlət vəsaitində sui-istifadə ittihamı irəli sürüldü.

1995-2007-ci illərdə ölkə başçısı olmuş Chirac prezidentlik müddətini yeddi ildən beş ilə saldı. Onun prezidentliyi dövründə Fransa vahid Avropa valyutasını qəbul elədi, məcburi hərbi xidməti ləğv etdi.

Beynəlxalq miqyasda isə Chirac 2003-cü ildə Birləşmiş Ştatların İraq müharibəsinə qarşı çıxması ilə yadda qalıb.

Chirac son illər ictimaiyyət arasında görünmürdü, onun xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG