Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:54

Vəliəhd şahzadə jurnalistin onun ‘nəzarəti’ndə öldürüldüyünü deyir – Qərb mediası


Jamal Khashoggi İstanbuldakı konsulluq qarşısında anılır
Jamal Khashoggi İstanbuldakı konsulluq qarşısında anılır

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi deyir ki, ötən il jurnalist Jamal Khashoggi-nin Səudiyyə əməliyyatçıları tərəfindən qətli üçün məsuliyyət daşıyır, “çünki bu mənim nəzarətim altında baş verib”. “Reuters” agentliyi yazır ki, şahzadə bunu PBS telekanalının gələn həftə yayımlayacağı sənədli filmdə deyir.

“Bütün məsuliyyəti boynuma götürürəm”

Krallığın de-fakto lideri olan Mohammed bin Salman jurnalistin İstanbuldakı konsulluqda öldürülməsi haqda indiyədək açıq şəkildə danışmayıb. Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və bəzi Qərb hökumətləri qətli onun sifariş etdiyini desə də, Səudiyyə rəsmiləri şahzadənin bunda rolu olmadığını bildirib.

Jurnalistin ölümü beynəlxalq ictimaiyyəti qəzəbləndirib, vəliəhd şahzadənin imicinə, ölkə iqtisadiyyatını şaxələndirmək kimi ambisiyalı planlarına kölgə salıb. O vaxtdan o, Birləşmiş Ştatlar, yaxud Avropaya səfər etməyib.

“Bu mənim nəzarətim altında baş verib. Bütün məsuliyyəti boynuma götürürəm, çünki mənim nəzarətim altında olub”, – o, PBS-dən Martin Smith-ə deyib. “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi” sənədli filmi oktyabrın 1-də, Khashoggi-nin qətlinin bir illiyi ərəfəsində yayımlanacaq.

Səudiyyə rəsmiləri əvvəlcə qətli dansalar da, sonradan onu əməliyyatçıların boynuna qoydular. Dövlət ittihamçısının bildirməsinə görə, kəşfiyyat rəisinin ovaxtkı müavini Khashoggi-nin ölkəyə qaytarılmasıı istəyib, o imtina edincə danışıqları aparan şəxs onun öldürülməsini sifariş edib. Khashoggi Səudiyyə rejiminin açıq tənqidçisi idi.

ABŞ Dövlət katibi Mike Pompeo (solda) Səudiyyədə Mohammed bin Salman-la görüşür
ABŞ Dövlət katibi Mike Pompeo (solda) Səudiyyədə Mohammed bin Salman-la görüşür

“3 milyonluq hökumət işçimiz var”

“Reuters”in məlumatına görə, kralın keçmiş baş müşaviri Saud al-Qahtani Skype vasitəsilə qatillərə göstəriş verib və əməliyyatdan öncə komandanı jurnalistin fəaliyyəti haqda bilgiləndirib.

Bu qətl onun məlumatı olmadan necə törədilə bilərdi? Smith-in bu sualını Şahzadı Mohammed belə cavablandırıb: “20 milyonluq əhalimiz, 3 milyon hökumət işçimiz var”.

Smith soruşub ki, qatillər hökumətin xüsusi təyyarələrindən istifadə edə bilərdilərmi. Vəliəhd şahzadənin cavabı belə olub: “Mənim işlərə nəzarət etməyə məmurlarım, nazirlərim var, onlar məsuliyyət daşıyırlar. Onlara bundan ötrü səlahiyyət verilib”.

ABŞ administrasiyasının aparıcı rəsmisi iyunda “Reuters”ə deyib ki, bu qətlin arxasında duranların məsuliyyətə cəlb olunması yönündə “hissolunan irəliləyiş”dən ötrü administrasiya ər-Riyada təzyiq göstərir.

Qətllə əlaqədar Səudiyyədə 11 şübhəli məhkəmə qarşısına çıxarılıb, ancaq bir neçə iclas keçirilib. BMT hesabatında Şahzadə Mohammed və digər aparıcı rəsmilərlə bağlı təhqiqat aparmağa çağırırdı.

“The Washington Post” qəzetinin köşə yazarı Khashoggi oktyabrın 2-də, toyundan qabaq sənədləri əldə etmək üçün İstanbuldakı konsulluğa gedib. Məlumatlara görə, onun bədəni hissələrə bölünərək binadan çıxarılıb, ancaq qalıqları indiyədək aşkarlanmayıb.

XS
SM
MD
LG