Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 13:11

Məmmədyarov Moqerini ilə görüşüb


E.Məmmədyarov və F.Moqerini

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 24-də Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan ilə AB arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Verilən məlumata görə, söhbətdə Azərbaycan qazını Avropaya nəql edəcək Cənubi Qaz Dəhlizi layihəsi də nəzərdən keçirilib.

Habelə, tərəflər Azərbaycanla AB-nin münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni tərəfdaşlıq sazişi və davam edən danışıqlar üzrə fikirlərini bölüşdülər.

Görüş əsnasında həmçinin, regional və beynəlxalq gündəlikdə duran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırlatma

Azərbaycan Avropa Birliyi (AB) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG