Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Sosial şəbəkələr ekstremist kontentə qarşı hərəkətə keçir


Facebook-un sildiyi hesablar
Facebook-un sildiyi hesablar

Dünyanın aparıcı texnologiya şirkətləri internetdən ekstremist kontentin çıxarılması cəhdlərini gücləndirirlər. Ölümlə nəticələnən insidentlərdən sonra sosial media şirkətləri bu anlamda getdikcə daha çox diqqət mərkəzindədirlər.

Facebook sentyabrın 23-də BMT-də belə bir təşəbbüsünü dilə gətirib. Onlayn ekstremist risklərlə bağlı toplantıya Fransa Prezidenti Emmanuel Macron və Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern rəhbərlik edib.

Facebook, Twitter, MicrosoftYouTube 2017-ci ildə Terrorçuluğa qarşı Qlobal İnternet Forumunu yaradıblar. Bu qeyri-rəsmi alyansın hədəfi sosial mediada ən təhlükəli materialları aşkarlamaq idi.

Martda Yeni Zelandiyada iki məsciddə ağdərili irqçinin törətdiyi qırğından sonra texnologiya şirkətlərinə diqqət artıb. Həmin şəxs məscidlərə hücumu canlı yayımlayıb, irqçi konspirologiya nəzəriyyələri ilə dolu manifestini isə internetdə yerləşdirib.

Facebook bildirir ki, 2017-ci ildə yaradılmış forum indi müstəqil qurum sayılacaq, ekstremist kontentlə mübarizə aparacaq, özünün işçiləri, direktoru olacaq.

Bu iş üzrə məşvərət şurasına qeyri-hökumət təşkilatları rəhbərlik edəcək. Birləşmiş Ştatlar, Fransa, Britaniya, Kanada, Yeni Zelandiya, Yaponiya, BMT və Avropa Birliyinin ekspertləri də tövsiyələrini verəcək.

Facebook ötən həftə bu sosial şəbəkədə nifrət çıxışı və ekstremizmi məhdudlaşdıracaq bir sıra addımları elan edib.

Şirkət bildirib ki, terrorçu təşkilatların təsnifatını genişləndirəcək, atışma səhnələrini daha yaxşı aşkarlamaq və canlı yayımları önləməkdən ötrü süni zəkadan istifadə edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG