Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 21:04

Yeni Zelandiyada yarımavtomat silahlar qadağan olundu


Kraystçerç şəhərində Gun City silah mağazası

Yeni Zelandiya parlamenti yarım avtomat silahların bütün növlərini və odlu silahları qadağan edib.

Aprelin 10-da silah islahatı qanununu 119-1 səs fərqilə qəbul olunub.

Ötən ay – martın 15-də Kraystçerç şəhərində iki məscidə hücum zamanı 50 nəfər öldürülüb. Şübhəli hücumları məhz yarımavtomat silahlarla törədib.

Avstraliyalı, 28 yaşlı Brenton Tarrant özünü ağdərili irqçi adlandırır və ona həmin hücumlarla əlaqədar 50 qətl və 39 adam öldürməyə cəhd ittihamı irəli sürülüb.

Layihənin bu həftənin sonu qüvvəyə minəcəyi gözlənir.

Qanunlarla bağlı silahlara ikinci qrup dəyişikliklər bu ilin sonuna yaxın müzakirəyə çıxarılacaq. O zaman silahların qeydiyyatı, lisenziya rejimi, polis yoxlaması sistemi nəzərdən keçiriləcək.

XS
SM
MD
LG