Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:55

Trump Nobel alardı, ‘ədalətli’ verilsəydi...


Donald Trump

ABŞ Prezidenti Donald Trump deyir ki, gördüyü “bir çox işlərə” görə Nobel mükafatına layiqdir, ancaq bu mükafat ədalətli verilmədiyinə görə layiq görülməyib.

“Məncə, Nobeli ədalətli versəydilər, bir çox şeylərə görə bu mükafatı alardım”, – Trump sentyabrın 23-də BMT Baş Məclisinin Nyu Yorkda keçirilən sessiyası çərçivəsində deyib.

Trump bunu bir jurnalistin sualına cavabında deyib. Jurnalist ondan soruşub ki, mübahisəli Kəşmir regionunda Hindistanla Pakistanın mübahisəsini həll edə bilsəydi, ona Nobel mükafatı verilərdi.

Hindistanla Pakistan 1947-ci ildə Britaniyadan müstəqillik əldə edəndən Kəşmir onlar arasında bölünüb.

ABŞ prezidenti bu münaqişə üzrə vasitəçilik təklif edib.

Trump-ın ABŞ prezidenti kimi sələfi Barack Obama Nobel mükafatına layiq görülüb.

Trump-ın sözlərinə görə, Obama bu mükafatı prezidentliyin ilk illərində, elə erkən alıb ki, “mükafata nəyə görə layiq görülməsi haqda heç bir fikri yoxdur”.

“Bu, onunla razılaşdığım yeganə şeydir”, – Trump vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG